RU

Azarkeşlərə dünya çempionatı sürprizi

ABŞ-də keçiriləcək 2026 Dünya Çempionatı ərəfəsində Nyu-Yorkdan Nyu-Cersidəki “Metlayf” stadionuna qatar biletinin qiyməti kəskin şəkildə artırılacaq.

Msport.az xəbər verir ki, yayda bu istiqamət üzrə biletin qiyməti 100 dollardan baha olacaq.

Hazırda belə bir gediş-dönüş biletini cəmi 12,9 dollara almaq mümkündür. Bu isə o deməkdir ki, çempionat ərəfəsində qiymətlər minimum yeddi dəfə artacaq.

Yekun qiymət hələ təsdiqlənməyib. Bununla belə, NJ Transit artıq “Metlayf”da keçiriləcək səkkiz oyun üçün nəqliyyat xidmətinin quruma təxminən 48 milyon dollara başa gələcəyini açıqlayıb.

Bu stadion 19 iyul 2026-cı ildə dünya çempionatının finalına da ev sahibliyi edəcək.

Избранный
18
1
msport.az

2Источники