RU

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 15 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 faiz artaraq 3 milyard 834,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
13
azertag.az

10Источники