RU

FETÖ-yə qarşı genişmiqyaslı ƏMƏLİYYAT: 43 nəfər SAXLANILDI

FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Mərkəzi Mersin olmaqla, Türkiyənin 9 vilayətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 43 şübhəli şəxs saxlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər “Signal” tətbiqi vasitəsilə gizli əlaqə saxlayıblar. Onların “sponsor yardımı” adı altında vəsait topladıqları və bu pulları təşkilatla əlaqəli hesablar vasitəsilə payladıqları məlum olub.

Əməliyyatlar zamanı çox sayda rəqəmsal material və 101 min türk lirəsi (təxminən 5 050 manat) nağd pul müsadirə edilib. Araşdırmalar nəticəsində saxlanılanlar arasında dövlət qulluqçularının da olduğu üzə çıxıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
31
interpress.az

1Источники