RU

İstənilən şəxsi soyunduran Sİ proqramı iPhone lardan silinəcək

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Apple" korporasiyası İlon Maska məxsus "X" (keçmiş "Twitter") və "Grok" tətbiqlərini süni intellekt vasitəsilə yaradılan qeyri-etik kontentə görə platformadan kənarlaşdırmağı planlaşdırıb. Demokrat.az xəbər verir ki, "NBC News"un ABŞ senatorlarına ünvanlanan məktuba istinadən yaydığı məlumata görə, buna səbəb "Grok" çat-botunun köməyi ilə insanların, o cümlədən qadın və azyaşlıların erotik "deepfake" görüntülərinin hazırlanmasıdır.İlin əvvəlində istifadəçilərin çat-bot vasitəsilə fotolardakı şəxsləri "soyundura" bildiyi üzə çıxandan sonra Apple tətbiqlərin qaydaları pozduğunu müəyyən edib. Şirkət rəhbərliyi tərtibatçılardan kontent moderasiyasını dərhal gücləndirməyi tələb edib. Əks halda hər iki proqramın "App Store"dan silinəcəyi barədə xəbərdarlıq edilib."xAI" şirkəti vəziyyəti düzəltmək üçün yenilənmələr təqdim etsə də, Apple ilkin dəyişiklikləri yetərsiz hesab edərək "Grok"un mağazaya daxil edilməsindən imtina edib. Yalnız əlavə təhlükəsizlik tədbirləri görüldükdən sonra tətbiqin yayımına icazə verilib. "X" platformasında isə pozuntuların böyük ölçüdə aradan qaldırıldığı qənaətinə gəlinib.Buna baxmayaraq, mütəxəssislər problemin hələ də tam həll olunmadığını bildirirlər. Son bir ay ərzində aparılan müşahidələr göstərir ki, servis hələ də icazəsiz şəkildə saxta seksual görüntülər yaratmağa davam edir. Bu isə Apple və Maskın şirkətləri arasında gərginliyin tam bitmədiyinə işarə edir.Yəni Apple İlon Maskın süni intellekt proqramının insanların saxta çılpaq fotolarını hazırladığına görə onu tətbiqlər mağazasından silmək istəyib, hazırda isə nəzarəti gücləndirib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
demokrat.az

1Источники