Dünən Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda bir məktəbə edilən silahlı hücumun şoku davam edərkən, bu gün oxşar hadisə Kahramanmaraş şəhərində meydan gəlib.
Moderator.az xəbər verir ki, Onikişubat rayonunda yerləşən Aysel Çalık Orta Məktəbində törədilən silahlı hücum nəticəsində, ilkin məlumatlara görə 1-i müəllim, 3-ü şagird olmaqla 4 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 20 nəfər yaralanıb.
Vali və Nazirlərdən Açıqlama
Kahramanmaraş Valisi Mükerrem Ünlüer hadisənin hələlik bilinməyən bir səbəbdən baş verdiyini və mövzunun dərindən araşdırıldığını bildirib. Hadisə ilə əlaqədar Türkiyənin Daxili İşlər Naziri Mustafa Çiftçi və Milli Təhsil Naziri Yusuf Tekinin bölgəyə yola düşdüyü öyrənilib.
Valideynlər Məktəbə Axın Edib
Hücum xəbəri yayıldıqdan dərhal sonra şagirdlərin ailələri uşaqlarının vəziyyəti haqqında məlumat almaq üçün məktəbə qaçıblar. Təhlükəsizlik qüvvələri məktəbin ətrafında geniş mühafizə tədbirləri görüb.
Genişmiqyaslı İstintaq və Yayım Qadağası
Türkiyənin Ədliyyə Naziri Akın Gürlek, hadisə ilə bağlı Kahramanmaraş Baş Prokurorluğu tərəfindən dərhal istintaq başladıldığını və 7 prokurorun (3 Baş Prokuror müavini və 4 Cümhuriyyət prokuroru) vəzifələndirildiyini açıqlayıb. İstintaqın sağlam şəkildə aparılması məqsədilə hadisə ilə bağlı yayım qadağası qərarı alınıb.