RU

Laqoped valideynlərə səsləndi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Vaxtında görülən loqopedik müdaxilə uşağın ümumi inkişafında mühüm rol oynayır və gələcək nitq bacarıqlarının formalaşmasına birbaşa təsir göstərir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.

O bildirib ki, uşaq erkən yaşlarda düzgün istiqamətləndirilməlidir:

"Nitq inkişaf mərhələsində lazımi dəstək alır və yaşıdları ilə uyğun səviyyəyə gətirilirsə, sonrakı dövrdə ciddi loqopedik problemlərin yaranma riski azalır".

Həkim qeyd edib ki, gecikmiş müraciətlərdə isə yanaşma daha fərqli olur:

"Bəzi hallarda uşaq uzun müddət heç bir loqopedik seans və korreksiya işi almadan böyüyür və artıq yeniyetməlik və ya yetkin yaşına- 18, 20, 25, 30 yaşa çatır. 

Bu mərhələdə əsas məqsəd nitqin tam şəkildə bərpası deyil, gündəlik ünsiyyətin sadələşdirilməsi, özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi və minimal kommunikasiya imkanlarının formalaşdırılması olur".

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
cebheinfo.az

2Источники