RU

Məktəbə hücumun ANBAAN GÖRÜNTÜLƏRİ yayıldı - ŞOK VİDEO

Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonunda yerləşən Aysel Çalık Orta Məktəbində silahlı hücum baş verib.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Ölənlərdən birinin müəllim, digərlərinin isə şagird olduğu bildirilir. Yaralılardan 4 nəfərin vəziyyəti ağırdır və onların üzərində cərrahi əməliyyat aparılıb.

Məlumata görə, hücumu törədən şəxs məktəbin 8-ci sinif şagirdi olub. O, məktəbə 5 silah və 7 daraqla gəlib, iki sinif otağına daxil olaraq atəş açıb. Hadisədən sonra hücumçu özünü güllələyərək intihar edib.

Mükerrem Ünlüer bildirib ki, hücumçunun atasının keçmiş polis əməkdaşı olduğu ehtimal edilir və silahların ona məxsus olduğu güman olunur.

Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hücum anının görüntüləri də yayılıb. Kadrlarda atəş səslərindən təşvişə düşən şagirdlərin sinif otaqlarının pəncərələrindən tullanaraq qaçmağa çalışdığı görünür.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Избранный
12
musavat.com

1Источники