RU

Qanunsuz nikahların artması hansı hüquqi risklər yaradır - VƏKİL AÇIQLADI

Azərbaycanda qohum evliliklərinə qoyulan qanuni qadağaya baxmayaraq, bəzi bölgələrdə bu cür nikahların gizli şəkildə davam etdiyi iddiaları gündəmdə qalmaqdadır. Rəsmi olaraq yaxın qohumlar arasında nikahların qeydiyyatına icazə verilməsə də, sosial şəbəkələrdə və mediada əksini tapan hallar cəmiyyətdə müzakirələr doğurur. Hüquqşünaslar bu qadağanın gözlənilən nəticələri ilə bağlı fərqli yanaşmalar ortaya qoyurlar. Bəs bu qadağa real həyatda nə qədər işləyir və problemin kökündə hansı amillər dayanır?

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, əslində biz buna qadağa deyirik, amma bu tam qadağa sayılmamalıdır:

“Qadağa o deməkdir ki, şəxs bir hərəkəti etsin və həmin qəhərəkət qanunla qadağan edildiyi üçün cəzalandırılsın. Amma qohum evlilikləri ilə bağlı cəza nəzərdə tutulmadığı üçün bunu tam qadağan edilmiş hərəkət adlandırmaq düzgün deyildir. Bu qadağa həmin nikahların yalnız rəsmiləşdirilməsi ilə bağlıdır. Bundan kənar heç bir qadağa yoxdur. Bilirik ki, qanunvericilikdə dəyişiklik olana qədər də ölkəmizdə çoxlu sayda nikahsız ailələr (vətəndaş nikahı) mövcud idi və bu dəyişiklik hələ müəyyən dövrlərdə nikahsız ailələrin sayını bir qədər də artıracaq. Doğrudur, qanun artıq yaxun qohumların evliliyini bir qədər azaldıb. O insanlar ki evliliyin rəsmiləşdirilməsini istəyirlər, onlar qohum evliliyindən imtina edirlər. Digərləri isə hələ də nikahdan kənar da da olsa belə evlilikdə problem görmürlər. Əslində insanların bunu qəbul etməsi müəyyən qədər vaxt aparacaq. Belə nikahların gələcək problemləri əmlakla, alimentlə, valideyinlik hüququ ilə bağlıdır. Məsələn, əgər nikahdankənar ailə dağılırsa, təbii ki hüquqi formada boşanma olmayacaq, o zaman tərəflər arasında əmlak bölgüsü aparılmayacaq. Belə nikahlarda hər dəfə uşaq dünyaya gələrkən gərək ata hər dəfə ayrıca olaraq uşağa valideyinlik versin. Əslində bu cür ailə qurulması ilə bağlı cəza tədbiri də tam nəticə verməyəcək. Çünki əgər şəxsi buna görə cərimə etsələr, o şəxs cəriməni pdəyib yenə də ailə kimi yaşayacaq. Bu məsələdə ciddi maarifləndirmə işinin aparılmasına, bu cür nikahların fəsadlarının genefondumuza hansı dərəcədə zərər verməsinı insanları inandırmağa zəruri ehtiyac vardır”.

Müəllif: Arzu Qurbanlı
Избранный
4
1
sia.az

2Источники