RU

Tanınmış jurnalistə vəzifə verildi

Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Hit.az xəbər verir ki, bu vəzifəyə jurnalist Həqiqət İsabalayeva təyin edilib.

Bu barədə Universitetin rektoru, professor Gəray Gəraybəyli əmri imzalayıb.

Qeyd edək ki, əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində çalışıb. O, daha sonra bir cox dövlət qurumlarında, habelə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. H. İsabalayevanın son iş yeri isə Bakı Mühəndislik Universiteti olub.

Избранный
6
hit.az

1Источники