RU

Almaniya millisinin üzvü "Liverpul"a keçə bilər

"Ştutqart"ın yarımmüdafiəçisi Anqelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

50-60 milyon funt-sterlinqlik təklif gəlsə, klubu Ştilleri satmağa hazırdır.

"Çelsi" və "Mançester Yunayted" də 25 yaşlı dayaq yarımmüdafiəçisini yaxından izləyir.

Qeyd edək ki, "Ştutqart" Anqelo Ştilleri 2023-cü ilin yayında "Hoffenhaym"dan 5,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
15
sportal.az

1Источники