RU

Arda müsbət rəy verdi – “Qalatasaray” hərəkətə keçdi 

Türkiyənin “Qalatasaray” klubu yay transfer pəncərəsi üçün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi əsas diqqəti yarımmüdafiəçi və mərkəz müdafiəçi transferlərinə yönəltsə də, cinah xəttində də yenilənmə etməyi planlaşdırır.

Bu istiqamətdə “sarı-qırmızılılar” Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” klubunun futbolçusu Alissonu transfer siyahısına daxil edib.

Məlumata görə, gənc oyunçu ilə bağlı Arda Turandan müsbət rəy alan “Qalatasaray” rəhbərliyi mövsüm başa çatdıqdan sonra rəsmi addımlar atmağa hazırlaşır.

Избранный
8
idmanxeber.az

1Источники