Azərbaycan futbolunda aşağı liqalar üzrə pley-off mərhələsinin oyun cədvəli müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
I Liqaya vəsiqə uğrunda həlledici qarşılaşma mayın 27-də keçiriləcək. Bu oyunda I Liqanı 9-cu pillədə başa vuran komanda ilə II Liqanın 2-cisi üz-üzə gələcək.
II Liqaya vəsiqə uğrunda pley-off görüşlərinin tarixləri də dəqiqləşib. Belə ki, II Liqada 11-ci yeri tutan komanda mayın 29-da Region Liqasının 2-cisi ilə qarşılaşacaq.
Eyni gündə daha bir pley-off matçı keçiriləcək. II Liqanın 10-cusu Region Liqasını 3-cü sırada tamamlayan komanda ilə münasibətlərə aydınlıq gətirəcək.
Bütün qarşılaşmaların neytral meydanda təşkil olunacağı bildirilib.