RU

ABŞ-la İran arasında atəşkəsin uzadılması… – Bəqai

ABŞ-ın İranı təcrid etmək cəhdləri atəşkəsin pozulmasına gətirib çıxara bilər.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

“İran təcrid olunacaq ölkə deyil. ABŞ diplomatik müstəvidə uğur qazana bilmirsə, başqa vasitələrlə də qazana bilməyəcək”, – Bəqayi vurğulayıb.

O, atəşkəsin uzadılması ilə bağlı şayiələri rədd edib. XİN rəsmisi vurğulayıb ki, danışıqlar Pakistan vasitəçiliyi ilə davam edir və atəşkəsin uzadılması ilə bağlı iddialar təsdiq olunmur:

“Qarşı tərəfin nə dərəcədə ciddi olduğunu görməliyik. Məhz ABŞ öz ciddiliyini sübut etməlidir, çünki o, təkcə öhdəliklərinə sadiq qalmamaqla kifayətlənməyib, həm də bir neçə dəfə danışıqlar masasını dağıdıb”.

Bəqai ABŞ-ın İranı təcrid etmək cəhdlərinə barədə danışarkən qeyd edib ki, bu cür addımların heç bir hüquqi əsası yoxdur:

“Üstəlik, bu, atəşkəsin pozulmasına zəmin yarada bilər. Silahlı Qüvvələrimiz lazım gələrsə, mütləq adekvat reaksiya göstərəcək”.

Избранный
7
6
konkret.az

7Источники