RU

Tramp: İranda yeni rejim formalaşıb, nüvə silahına icazə verməyəcəyik

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranda “yeni bir rejimin formalaşdığını” iddia edərək, bu rəhbərliyin daha ağlabatan olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, “Fox News”a müsahibəsində 28 fevraldan bəri İranla davam edən münaqişə və onun nəticələrini şərh edən Tramp Tehranın nüvə silahı əldə etməsinə qəti şəkildə qarşı olduqlarını vurğulayıb.

Tramp deyib: “Hər şey məhv edilib – hava hücumundan müdafiə sistemləri, radarlar, əvvəlki liderlik strukturu. İndi yeni bir rejim var və açığı, biz onların daha ağlabatan olduğunu düşünürük. Düşünürəm ki, biz çox yaxşı işlər görürük.”

O əlavə edib ki, İran nüvə silahı istehsal etmək səylərini davam etdirdiyi müddətdə heç bir razılaşma mümkün deyil: “Bütün məsələ onların nüvə silahına sahib olmaması ilə bağlıdır. Buna icazə verilə bilməz.”

ABŞ prezidenti qeyd edib ki, İranın nüvə silahı əldə edəcəyi təqdirdə Vaşinqtonun bu məsələ ilə daha uzun müddət məşğul olması lazım gələcək.

Tramp həmçinin ABŞ-ın Hörmüz boğazı ilə bağlı addımlarına artıq reaksiyaların gəldiyini, lakin bu prosesdə uğurlu olduqlarını iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники