RU

Lukaşenko litvalıları ağır söyüşlərlə təhqir etdi

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti qalmaqallı çıxışı ilə beynəlxalq medianın diqqət mərkəzinə düşüb. Litvanın nüfuzlu "Delfi" nəşri Belarus liderinin litvalıların ünvanına işlətdiyi ifadələri "ağır təhqir" adlandırıb.

Publika.az xəbər verir ki, hadisə aprelin 14-də Mogilyov vilayətində keçirilən rəsmi iclasda baş verib.

Tapşırıqlarını icra etməyən məmurları hədəf alan Lukaşenko, iqtisadi uğurların siyasi əhəmiyyətindən danışarkən diplomatik etikadan kənar ifadələr işlədib: "Bunun siyasi faydası nədir? O "labus"ların və digər m...-ların (təhqiramiz söyüş - red.) burnunu ovduq".

"Delfi" portalı qeyd edir ki, Lukaşenkonun istifadə etdiyi "labus" kəlməsi sovet dövründən bəri litvalıları aşağılamaq üçün işlədilən vulqar müraciət formasıdır. Bu ifadə Litva dilindəki "labas" (salam) sözündən götürülsə də, rusdilli mühitdə etnik təhqir kimi qəbul edilir.

Избранный
24
publika.az

1Источники