RU

Güneydə Milli Hərəkat davam edəcək?

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İranda son günlər müşahidə olunan gərgin siyasi və hərbi proseslər fonunda regionun gələcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur. 

Bəs bu qeyri-müəyyənlik fonunda Güney Azərbaycan Milli Hərəkatı necə olacaq?

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki,  mövcud vəziyyətlə bağlı heç bir analitik və ya təhlilçi tam və birmənalı şəkildə dəqiq proqnoz verə bilməz:

“Müxtəlif ssenarilər mümkündür, yəni sabah və ya birigün bu savaşın sonunda İran rejimi dəyişə də, mövcud rejim qorunub saxlanıla da bilər, yaxud müəyyən islahatlar və reformlar vasitəsilə yenidən formalaşaraq fəaliyyətini davam etdirər”. 

O qeyd edib ki, Güney Azərbaycan Milli Hərəkatının əsas məqsədi Güney Azərbaycanın müstəqilliyini və istiqlalını təmin etməkdir:

“Biz isə Güney Azərbaycan Milli Hərəkatı olaraq əsas məqsədimizi Güney Azərbaycanın müstəqilliyini və istiqlalını təmin etmək istiqamətində müəyyənləşdirmişik. Hər zaman bu istiqamətdə çalışmışıq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik.

Milli hərəkatın strukturuna nəzər saldıqda qeyd etmək olar ki, xüsusilə Güney Azərbaycanın daxilində yaşayan hərəkat mənsublarının böyük əksəriyyəti, təxminən 70 faizi istiqlal müstəqillik ideyasını dəstəkləyir. 

Hazırda da müxtəlif vasitələrlə region daxilində əlaqələr saxlanılır və proseslər yaxından izlənilir. Ona görə bu məsələnin bizim Güney Azərbaycan Milli Hərəkatı bağımsızlıqdan yanadır və oradakı xalqın istədiyi istiqlaldır. Xalq deyəndə Güney Azərbaycan Milli Hərəkatına mənsub insanları deyirəm”.

Ağrı Qaradağlı əlavə edib ki, bu istiqamətdə maarifləndirmə əsas prioritetlərdəndir:

“Təbii ki, orada adi kütlə də var. Güney Azərbaycanda yaşayan adi kütlə nüfuzun, əhalinin təxminən 60 faizini təşkil edir. Milli Hərəkat olaraq qarşıya qoyulan əsas məqsədlərdən biri də məhz bu kütlənin maarifləndirilməsi və məlumatlandırılmasıdır.

Əgər gələcəkdə Güney Azərbaycanda sərbəst keçid dövrü üçün imkan yaranarsa, bu halda milli hərəkat olaraq əhalinin daha geniş təbəqələrinə istiqlal ideyasının mahiyyəti, onun üstünlükləri və millətin inkişafına verə biləcəyi töhfələr izah ediləcək. 

Bu istiqamətdə aparılacaq maarifləndirmə işlərinin nəticəsində adi kütlənin də müstəqillik ideyasını dəstəkləməsi mümkün hesab olunur. Təbii ki, bu bizim düşüncəmizdir”. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Güney Azərbaycan Ağrı Qaradağlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
cebheinfo.az

2Источники