RU

Ekitikenin vəziyyəti dəqiqləşdi

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasında PSJ-yə qarşı keçirilən cavab oyununda ağır zədə alan Huqo Ekitike üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı hücumçunun sağ vətərinin qopduğu rəsmən açıqlanıb.

Kritik matçın 31-ci dəqiqəsində heç bir zərbə almadan, topsuz zonada yerə yıxılan fransız ulduz tibbi heyətin müdaxiləsindən sonra sahəni xərəkdə və göz yaşları içində tərk edib.

“L’Equipe”in məlumatına görə, futbolçunun 7-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu ağır zədə təkcə “Liverpul”u deyil, həm də Fransa millisini sarsıdıb. Ekitike iyun ayında start götürəcək 2026-cı il Dünya Çempionatını qaçırmalı olacaq. Bu, karyerasının ilk mundialına hazırlaşan gənc forvard üçün böyük şokdur.

Arne Slotun rəhbərliyi altında “Liverpul”un hücum xəttinin liderinə çevrilən Ekitike Avropanın ən formada olan oyunçularından biri idi. Onun yoxluğu “mersisaydlılar”ın həm Premyer Liqa, həm də Çempionlar Liqasındakı çempionluq yarışına ciddi zərbə vurub.

Cari mövsümdə “Liverpul” forması ilə 45 matça çıxan Huqo Ekitike, 17 qol və 6 məhsuldar ötürmə ilə komandasına böyük töhfə vermişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
futbolpress.az

1Источники