RU

“Mənə avrokubokların bir-iki mərhələsi maraqlı deyil” - “Forza Neftçi”dən iddialı açıqlama

“Forza Neftçi”nin rəhbəri Səccad Abbasov “feysbuk”da maraqlı status yazıb. O, azarkeşləri komandanın yanında görmək istədiyini bildirib.

“Football-plus.az” həmin paylaşımı təqdim edir:

“Neftçi”nin flaqman adına layiqli oyun göstərmək istədiyi zamana qayıtmaq istəyi bizi sevindirir. Son oyunlarda üzümüzü güldürən, əzmkar oyun nümayiş etdirən “Neftçi” bizi sevindirməyə bilməz. "Küskün dostlar" da yavaş-yavaş tribunaya qayıdır. Nəticə nə olur-olsun, Vernidubun əlini daşın altına qoyması bizim ürəyimizə az da olsa, su səpir. Adam "mövsümün əvvəlindən burda olsaydı" deyə düşünməyə bilmir. Bundan əlavə bəhanələrdən uzaq insandı, ağlamır ki, “bu heyəti mən qurmamışam” və s. Amma Avropaya getsə də, getməsə də, “Neftçi” bizim “Neftçi”di. “Forza Neftçi” həmişə onun yanındadı. Biz savaşa-savaşa ədaləti bərqərar edənlərik. Haqqı nahaqqa vermərik. Təki “Neftçi”miz həmişə belə uğurlu çıxış etsin, bizlər də tribunada yerimizi alıb, bu adı yüksəklərə daşıyaq. “Neftçi”ni tək buraxmaq olmaz, yoldaşlar. Son turlarda ev-səfər demədən hər kəsin yanımızda olmasını gözləyirik. Əsas gələcəyin komandasını qursunlar, mənə avrokubokların bir-iki mərhələsi maraqlı deyil”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
57
1
football-plus.az

2Источники