RU

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat

ATU-nun

Ulusum.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə Həqiqət İsabalayeva təyin edilib. Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” Gündəlik ictimai-siyasi qəzetində calışıb. Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub. Qeyd edək ki, Həqiqət xanım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.

Diqqət Çəkənlər

Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMA

Burak Yılmaz danışdı, UEFA Türkiyəyə qarşı araşdırma başlatdı - SON DƏQİQƏ

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Избранный
22
1
ulusum.az

9Источники