RU

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

İranda 31 nəfər "kiberməkanda ictimai təhlükəsizliyi pozmaq" və "dövlət idarəçiliyinə qarşı fəaliyyətlər" ittihamı ilə saxlanılıb.

Yarırəsmi Təsnim xəbər agentliyinin İsfahan əyalətinin Nətənz şəhər polisinə istinadən verdiyi məlumata görə, kiberməkanda ictimai təhlükəsizliyi pozmaq və ölkə hökumətinə qarşı fəaliyyətlərə görə 26 nəfər saxlanılıb.

Bundan əlavə, Hörmüzqan əyalətində "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə daha beş nəfər saxlanılıb. 

Mənbələrə görə, onların "düşmən xarici media" ilə əlaqə saxladıqları və "muzdlu" kimi xarakterizər edildiyi iddia olunur.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
39
azerbaijan-news.az

1Источники