RU

Qatarla daşınan qida məhsullarının həcmi açıqlandı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin mart ayında qatarla 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumat yayıb.

Qeyd olunub ki, bu, keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Bildirilib ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
87
13
axar.az

10Источники