futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avroliqa rəhbərliyi maaş limitini keçən 4 basketbol klubunu ümumilikdə 5 milyon avrodan çox cərimələyib.
Futbolpress.az xəbər verir ki, siyahıya rekord məbləğlə “Panatinaikos” başçılıq edir.
Sezonun ən yüksək büdcəli heyətinə sahib olan və Naycel Heys-Devisə böyük müqavilə təklif edən “Panatinaikos” 3 milyon avroluq cərimə ilə siyahının zirvəsində yer alıb.
Digər cərimələnən klublar isə bunlardır:
”Anadolu Efes” (Türkiyə): 1.1 milyon avro
”Hapoel Tel Əviv” (İsrail): 1 milyon avro
”Olimpiakos” (Yunanıstan): 300 min avro
Klublar cərimə məbləğlərini iyun ayının sonuna qədər Avroliqa rəhbərliyinə ödəməlidirlər.
Toplanan 5 milyon avrodan çox vəsait maraqlı bir şəkildə bölüşdürüləcək. Bu məbləğ cərimələnən 4 klub və maaş standartından aşağıda qalan “ASVEL” istisna olmaqla, turnirdəki digər 15 klub arasında bərabər şəkildə paylanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.