RU

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada istifadəyə verilən Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı - FOTOLAR

Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən “Mother Teresa” Universitet Xəstəxana Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni təchiz olunmuş pediatrik sedasiya otağının açılışı olub.

Bu təşəbbüs Heydər Əliyev Fondunun uşaqların sağlamlığı və rifahına yönələn fəaliyyətinin, eləcə də Azərbaycan ilə tərəfdaş ölkələr arasında humanitar əlaqələrin möhkəmləndirilməsində fəal rolunun daha bir təsdiqidir.

Açılış tədbirində Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov, “Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb müəssisəsinin kollektivi iştirak ediblər.

Səfir Anar Hüseynov Azərbaycan ilə Albaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə təşəbbüslər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsinə yönəlib.

“Mother Teresa” Universitet Xəstəxana Mərkəzinin direktoru və tibb heyəti Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edərək, bu təşəbbüsü Albaniyada pediatrik səhiyyə xidmətlərinin inkişafına töhfə kimi yüksək qiymətləndirib.


Избранный
24
16
cebheinfo.az

10Источники