RU

Aİ: İranda müharibə davam edərsə, yanacağa qənaət zərurəti istisna edilmir

Bakı, 16 aprel, AZƏRTAC

İranda münaqişənin davam etməsi enerji daşıyıcılarının tədarükündə uzunmüddətli fasilələrə və nəticə etibarilə Avropa İttifaqı (Aİ) ölkələrinin yanacağa qənaət etməsi zərurətinə gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Aİ-yə üzv dövlətlərin səfirlərinə bu barədə xəbərdarlıq edib.

Agentliyin iki diplomatik mənbəsinin məlumatına görə, aprelin 15-də keçirilmiş qapalı görüşdə Avropa Komissiyası vəziyyətin inkişafı üzrə iki əsas ssenari təqdim edib.

Aİ-də hesab edirlər ki, ABŞ ilə İran arasında atəşkəs rejimi effektiv olarsa və Vaşinqton tərəfindən Hörmüz boğazına tətbiq edilən blokada aradan qaldırılarsa, neft və qaz tədarükü bir neçə ay ərzində bərpa olunacaq, qiymətlər isə aşağı düşəcək. Bu ssenari üzrə dizel yanacağı və aviasiya kerosininin qiymətləri yayın sonuna qədər aşağı düşəcək, eyni zamanda, Qətərdə infrastrukturun zədələnməsi səbəbindən qlobal mayeləşdirilmiş təbii qaz bazarı 2030-cu ilə qədər təzyiq altında qalacaq.

Lakin gərginlik davam edərsə, enerji bazarları uzunmüddətli təklif şoku və qiymətlərin kəskin artımı ilə üzləşəcək. Bu isə müxtəlif sahələrin istehsal prosesində zəncirvari reaksiyaya səbəb olacaq. Belə ssenari fonunda, Avropa Komissiyasında hesab edirlər ki, “tələbatın dağılması” mümkündür və bu, yanacaq istehlakının azaldılmasına gətirib çıxaracaq.

Избранный
24
1
azertag.az

2Источники