RU

"Bavariya" və "Arsenal" yarımfinala yüksəlib - Çempionlar Liqası

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında son iki yarımfinalçı bəlliolub.

Trend xəbər verir ki,"Sportinq" "Arsenal"la qarşılaşıb. 0:0 hesabı ilə yekunlaşanmatçdan sonra "topçular" yarımfinala yüksəlməyi bacarıb.

"Real" da öz növbəsində Almaniyada "Bavariya" önünə çıxıb.Gərgin keçən matçda "Bavariya" 4:3 hesabı ilə qalib gələrək adınınövbəti mərhələyə yazdırmağı bacarıb.

Qeyd edək ki, yarımfinal mərhələsində PSJ "Bavariya" ilə,"Arsenal" isə "Atletiko" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

15 aprel

23:00 "Arsenal"- "Sportinq" 0:0 (İlk oyun 1:0)

23:00 "Bavariya"- "Real" 4:3 (İlk oyun 2:1)

Qollar: Pavloviç, 6, Keyn, 38, L. Diaz, 89, Olise, 94, - A.Güler 1, 29, Mbappe, 42

Избранный
24
2
az.trend.az

2Источники