RU

“Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi vəAzərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan“Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib.

Trend xəbər verir ki,tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənətxadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası KinoAgentliyinin dəstəyi ilə “Narimanfilm” MMC tərəfindən istehsalolunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimiElxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı,İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru RuslanAğazadədir.

Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmindəAzərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideolojiprizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçünnəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaşqruplarından tamaşaçıların marağına səbəb olacaq.

Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcudolmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmənhücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtiləGöylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak"qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinəyetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlarhədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğuqaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.

Filmin premyerası böyük maraqla qarşılanıb, yaradıcı heyətalqışlarla səhnəyə dəvət olunub.

Qeyd edək ki, bədii film may ayından etibarən ölkənin bütünkinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Tədbir zamanı, həmçinin Mədəniyyət Nazirliyi və AzərbaycanRespublikası Kino Agentliyinin dəstəyi ilə hazırlanan və bu iltəqdimatları keçiriləcək animasiya və filmlərin treylerləri nümayişetdirilib.

Ekran əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimiElxan Cəfərov AZƏRTAC-a açıqlamasında filmin qədim tariximizəekskursiya olduğunu deyib: "Filmdəki hadisələr təqribən eramızdanəvvəl VIII-VII əsrlərə aiddir. Əlbəttə tarixi bilmək, keçmişimizəarxalanıb irəliyə getmək daha məqsədəuyğundur. Filmdəki Ata Arbakobrazı qədim dildə idarəçi, rəhbər deməkdir, Qoytasar bizim qədimtürk mədəniyyətinə, türk tarixinə aid bir personajdır. Ekranişindəki qəhrəmanlar daha çox mifik personajlardır. Yəni film sırftarixi deyil, macəra və nağıl filmidir. Daha çox gənclər vəyeniyetmələr üçün nəzərdə tutulub. Çox istərdik ki, ilk növbədəməhz gənc nəsil və yeniyetmələrimiz filmi izləsin, dəyərləndirsinvə ondan bəhrələnsinlər".

Ekran işinin çoxkoloritli olduğunu qeyd edənbəstəkar-musiqişünas Məryəm Əlibəyli isə deyib: "Mənim öhdəmə düşənməsuliyyət Azərbaycanın tarixi, qədimliyi ilə bağlı özəlliklərifilm üçün bəstələdiyim musiqilərə yansıtmaq idi. Azərbaycan kinoənənələri musiqisindən kənara çıxmamaq şərti ilə musiqiləryaratdım. Burada bir çox qədim alətlərdən istifadə olunub. Yallıjanrında da musiqi bəstələnib. Musiqiləri filmin süjet xəttinəuyğun yazaraq onun gözəlliyinə bir az da ahəng qatmağa çalışmışam.Ümid edirəm ki, hər kəs ekran işindən məmnun olacaq və Azərbaycanfilminin möhtəşəmliyini görəcək".

“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
“Akinak”
Избранный
18
9
az.trend.az

10Источники