RU

Tramp FED sədrini istefaya getməsə, vəzifədən uzaqlaşdırmaqla hədələyib

BAKI, 16 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauelli istefa verməyəcəyi təqdirdə vəzifədən uzaqlaşdırmağa hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Pauellin səlahiyyət müddəti mayın 15-də başa çatır.

Bildirilir ki, vəzifə təhvil-təslim prosesi Pauellə qarşı aparılan cinayət araşdırması fonunda daha da mürəkkəbləşib. ABŞ lideri mətbuata açıqlamasında qeyd edib ki, bu araşdırma tənzimləyici qurum rəhbərinin səriştəsizliyini ortaya qoyacaq.

Tramp vurğulayıb ki, Pauell vaxtında vəzifədən getməsə, sərt kadr qərarları qəbul etməyə hazırdır: “O, işdən çıxarılacaq”.

Qeyd edək ki, Tramp yanvarın 13-də də Pauellin tezliklə vəzifəsini tərk edəcəyinə ümid etdiyini bildirmişdi. Daha əvvəl isə FED sədri Ədliyyə Nazirliyinin ona qarşı ittiham irəli sürə biləcəyi ilə bağlı təzyiqlərdən danışmışdı.

Избранный
85
teleqraf.com

1Источники