RU

Miqrenin səbəbi yalnız beyin deyilmiş YENİ ARAŞDIRMA

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb.

Milli.Az xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti, ODTÜ və Ankara Universitetinin birgə yaratdığı Nörobilim və Nörotexnologiya Mükəmməllik Ortaq Tətbiq və Araşdırma Mərkəzi (NÖROM) tərəfindən aparılan araşdırmalar miqrenin yalnız beyində deyil, bağırsaq ilə də əlaqəli olduğunu ortaya qoyub.

Tədqiqat nəticələrinə əsasən, xroniki miqren xəstələrində CGRP səviyyəsinin yüksəlməsi, bağırsaq mikrobiotasında pozulmalar və bağırsaq keçiriciliyinin artması müşahidə edilir. Bu göstəricilər miqrenin həm beyin, həm də həzm sistemi ilə bağlı kompleks bir proses olduğunu göstərir.

Bildirilib ki, miqrenin əsas səbəblərindən biri mitoxondrilərdə enerji istehsalının pozulmasıdır. Bu vəziyyət miqreni təkcə nevroloji deyil, eyni zamanda bütün orqanizmin enerji balansı ilə bağlı sistem problemi kimi qiymətləndirməyə əsas verir.

Həmçinin qeyd edilib ki, CGRP adlı maddə miqren tutmalarını artıran əsas faktorlardan biridir və xroniki miqren xəstələrində bu maddənin səviyyəsi normadan yüksək olur.

Alimlər bildirir ki, əldə olunan nəticələr miqrenin yaranmasında bağırsaqlardakı pozulmaların da mühüm rol oynadığını göstərir və bu istiqamətdə yeni müalicə yanaşmalarına yol aça bilər.

Mina Mikayılova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
81
1
news.milli.az

2Источники