RU

Azərbaycanın qətiyyətli mövqeyi nəticə verdi

Xəbər verdiyimiz kimi, Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə Azərbaycana kompensasiya ödəyəcək.

Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin birgə bəyanatında bildirilib ki, Azərbaycan və Rusiya Prezidentlərinin 9 oktyabr 2025-ci ildə Düşünbə görüşündə əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. 

Beləliklə, Azərbaycanın haqlı tələbi Rusiya tərəfindən qəbul olundu. Bu isə ədalətin yerini tapması kimi qiymətləndirilir. Daha dəqiq desək, rəsmi Bakının apardığı siyasət Moskvanı doğru qərar verməyə vadar etdi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib ki, Rusiya tərəfi tək Azərbaycana qarşı deyil, ümumilikdə öz hava məkanına daxil olan bütün uçuşların təhlükəsizliyini təmin etməli idi: 

396772

“Təəssüf ki, bu hadisə baş verdi və uzun müddət Rusiya tərəfindən lazımi cavab verilmədi. Bununla belə, Azərbaycanın qətiyyətli mövqeyi və suveren hüquqlarını qorumaq istiqamətində apardığı siyasət nəticə verdi. Ötən il Rusiya prezidentinin Azərbaycan dövlət başçısından bu məsələ ilə bağlı üzr istəməsinin şahidi olduq. Daha sonra həm təyyarəyə, həm də həlak olan və ağır xəsarət alan sərnişinlərə kompensasiya ödənilməsi barədə razılıq əldə edildi”.

Millət vəkili qeyd edib ki, bu da tərəflərin beynəlxalq hüquq normalarına əsaslandıqda müəyyən nəticəyə gələ bildiyini göstərir:

“Azərbaycan və Rusiya yaxın qonşu dövlətlərdir və aralarında həll olunmamış ciddi məsələ yoxdur. İstənilən problem qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Ümid etmək olar ki, bundan sonra iki ölkə arasında heç bir problem yaranmayacaq”.

Günel Cəlilova

Избранный
25
hit.az

1Источники