RU

Nəriman Axundzadə “Kolambus Kryu”nun qələbəsində pay sahibi oldu

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ-da çıxış etdiyi “Kolambus Kryu” klubunun heyətində ilk dəfə start heyətində meydana çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı forvard ABŞ Açıq Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Riçmond Kikers”ə qarşı keçirilən görüşdə əvəzlənmədən sonadək meydanda olub. Qarşılaşma “Kolambus Kryu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Axundzadə oyunda məhsuldar çıxışı ilə diqqət çəkib. Belə ki, o, komandasının ilk qolunun vurulmasında mühüm rol oynayıb. Hücumçu Marselo Errera ilə birlikdə təşkil olunan hücumun qurulmasında iştirak edib, nəticədə epizodu Qyuqu Pikar dəqiq zərbə ilə tamamlayıb.

Qeyd edək ki, ABŞ Açıq Kubokunda bütün mərhələlər bir oyundan ibarət olur.

Избранный
30
90deqiqe.az

1Источники