Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İngiltərə və Uelsdə 2025-ci ilin aprelindən 2026-cı ilin martına qədər, ümumilikdə, 179 məhbusun səhvən azad edildiyi məlum olub.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, orta hesabla hər həftə üç belə hal baş verib. Ədliyyə Nazirliyi 2025-ci ilin noyabrında açıqlamışdı ki, həmin ilin aprel-oktyabr ayları arasında 91 məhbus səhvən azad edilib. Lakin son məlumatlara görə, bu rəqəm əslində 129 olub. Bundan əlavə, həmin dövrdən sonra daha 50 nəfər səhvən azadlığa buraxılıb.
Nazirlik qeyd edib ki, əgər səhvən azad edilən şəxs bu vəziyyətdən xəbərsizdirsə və yenidən saxlanılmamaq üçün gizlənməyə cəhd etmirsə, o zaman əlavə cinayət törətmiş hesab olunmur və günahkar sayılmaya bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.