RU

TƏBİB lə bağlı hədəflər bəlli oldu Yeni mərhələ başlayır

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son illər Azərbaycanda səhiyyə sistemində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu prosesin əsas istiqamətini icbari tibbi sığortanın tətbiqi və xidmətlərin maliyyələşdirilməsi mexanizminin yenilənməsi təşkil edir. Bu fonda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təyin edilən yeni icraçı direktor Anar Bayramovun təyinatı da diqqət çəkir. Sözügedən dəyişiklik səhiyyədə aparılan islahatların davamı kimi qiymətləndirilir.

TƏBİB-ə yeni icraçı direktorun təyinatı səhiyyə sistemində islahatların yeni mərhələsi ola bilərmi? Bunun nəticəsində səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanı təmin etmək mümkün olacaqmı?

Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, TƏBİB-ə yeni təyinatlar Azərbaycan səhiyyə sistemində mümkün yeni islahat mərhələsinin başlanğıcıdır:

“Bu dəyişiklik təkcə kadr yenilənməsi deyil, eyni zamanda, idarəetmə yanaşmalarında və prioritetlərdə potensial transformasiyaya işarə edir. TƏBİB son illərdə səhiyyə xidmətlərinin təşkili və əlçatanlığının artırılmasında mühüm rol oynasa da, sistemin daha effektiv və çevik işləməsi üçün əlavə addımlara ehtiyac var. Yeni rəhbərlik qarşısında duran əsas vəzifələrdən biri səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, rəqəmsal transformasiyanın sürətləndirilməsi və resursların daha səmərəli idarə olunmasıdır. Bu kontekstdə şəffaflığın artırılması, vətəndaş məmnunluğunun ön plana çəkilməsi və xidmətlərin regionlar üzrə balanslı təşkili xüsusi əhəmiyyət daşıyır”.

Azər Badamov

Deputat bildirib ki, digər vacib məqam isə səhiyyə sistemi ilə sosial müdafiə strukturları arasında əlaqələrin gücləndirilməsidir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə koordinasiyanın dərinləşdirilməsi xüsusilə həssas əhali qrupları üçün daha effektiv xidmət modelinin formalaşdırılmasına imkan yarada bilər. Bu, həm tibbi xidmətlərin, həm də sosial dəstək mexanizmlərinin paralel və uzlaşdırılmış şəkildə təqdim olunmasını təmin edə bilər. Bütün hallarda yeni təyinat islahatlar üçün real fürsət pəncərəsi açır. Lakin bu fürsətin konkret nəticələrə çevrilməsi strateji baxışın, institusional əməkdaşlığın və ardıcıl icra mexanizmlərinin nə dərəcədə effektiv qurulacağından asılı olacaq”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
globalinfo.az

1Источники