RU

Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü

Şamaxı rayonunda 39 yaşlı kişi dəm qazından boğulub.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Əmirov yaşadığı evdə dəm qazından boğulub. Qonşular onun meyitini evində aşkar ediblər.

Məlumata görə, X.Əmirov evdə tək yaşayırmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
26
1
konkret.az

2Источники