RU

Renault Çinlə rəqabətə görə mühəndis heyətini ixtisar edəcək

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransanın "Renault" avtomobil markası büdcə dostu modellər təqdim edən Çin şirkətləri ilə rəqabətə davam gətirmək və operativliyini artırmaq məqsədilə qlobal mühəndis heyətinin 15-20%-ni ixtisar etməyi planlaşdırır.

Avtosfer.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, kütləvi ixtisar prosesi növbəti iki il ərzində həyata keçiriləcək.

Şirkətdə hazırda təxminən 11-12 min mühəndisin çalışdığını nəzərə alsaq, bu qərarın 2 400-dək işçini əhatə edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ötən ilin yekunlarına görə, "Renault"nun ümumi işçi sayı 101 min nəfər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
avtosfer.az

1Источники