RU

Xərçəngin bu növü papilloma virusundan yaranır

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Piroqov adına Rusiya Tibb Universitetinin mama-ginekologiya kafedrasının assistenti, cərrah-ginekoloq Vladislav Taranov uşaqlıq boynu xərçənginin yaranma mexanizmi və profilaktikası barədə mühüm məlumatlar paylaşıb. Həkim qeyd edib ki, bu bədxassəli şişlərin böyük əksəriyyəti İnsan Papilloma Virusu (İPV) ilə birbaşa bağlıdır.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə, əsasən cinsi yolla ötürülən İnsan Papilloma Virusunun 100-dən çox növü mövcuddur. Onlar xərçəng yaratma riskinə görə fərqlənirlər. Vladislav Taranov bildirib ki, ən təhlükəli növlər 16 və 18-ci tiplərdir. Uşaqlıq boynu xərçəngi hallarının 60 faizi məhz 16-cı tipin, 15 faizi isə 18-ci tipin payına düşür. Bu xəstəliyin çox vaxt aqressiv gedişata malik olduğunu və sürətlə yayıldığını vurğulayan ginekoloq, virusun digər orqanlarda da xərçəngə səbəb ola biləcəyini diqqətə çatdırıb.Test nəticəsinin müsbət çıxması dərhal xərçəng diaqnozu qoyulması demək deyil. Vladislav Taranov izah edib ki, aşağı riskli qruplar yalnız ziyillər və kosmetik narahatlıq yaradır. Lakin yüksək riskli qruplar uşaqlıq boynunda xərçəngönü dəyişikliklərə yol aça bilər. Həkim vurğulayıb ki, hazırda bu virusun dərmanla tam müalicəsi mümkün deyil. Bu səbəbdən ən effektiv üsul peyvəndlənmədir. Peyvəndin xüsusilə cinsi həyat başlamazdan əvvəl vurulması tövsiyə olunur, lakin sonrakı dövrlərdə də profilaktik əhəmiyyət kəsb edir. Daimi sitoloji müayinələr və skrininqlər xəstəliyin erkən aşkarlanmasında həlledici rol oynayır.Yəni, uşaqlıq boynu xərçənginin ən böyük səbəbi İPV virusudur. Bu virusdan qorunmağın və xərçəngə yoluxmamağın ən etibarlı yolu vaxtında peyvənd olunmaq və mütəmadi olaraq həkim müayinəsindən keçməkdir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
demokrat.az

1Источники