RU

ABŞ Açıq Kubokunda oynayan Nərimandan YAXŞI XƏBƏR

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası 1/16 finalda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.

Görüş “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 3:0. Nəriman ABŞ klubunda ilk dəfə oyuna start heyətdə başlayıb.

O, sona qədər meydanda olub. 22 yaşlı hücumçu ilk qolun vurulmasında iştirak edib.

Axundzadə və Marselo Erreranın qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

1/8 finala yüksələn “Kolumbus Kryu"nun rəqibi “One Knoksvill” olacaq. Oyun aprelin 30-da keçiriləcək.

Избранный
13
6
sportinfo.az

10Источники