RU

Jurnalistə vəzifə verildi

Jurnalist Rufik İsmayılova yeni vəzifə verilib.

"Cebheinfo.az" xəbər verir ki, media nümayəndəsi Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunda böyük məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R. İsmayılov bundan əvvəl Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışıb.

Xatırladaq ki, o, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi fəaliyyət göstərib.

"Cebheinfo.az"

Избранный
9
cebheinfo.az

1Источники