UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, PSJ-dən Usman Dembele, “Bavariya”dan Maykl Olise, “Barselona”dan Dani Olmo və “Arsenal”dan Martin Subimendi mükafata namizədlərdir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.