RU

Azərbaycanda “İmmunlaşdırma həftəsi” başlayır

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında“İmmunlaşdırma həftəsi” keçiriləcək.

Trend xəbərverir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmrimzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbəgörə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatəsəviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərinaparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibbmüəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodikiköməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimiməsələlərin təşkili nəzərdə tutulur.

“İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda silsilətədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanıntibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlifmövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırmahəftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidə bu tədbirə qoşulur.

Избранный
17
44
az.trend.az

10Источники