RU

Azərbaycan və ABŞ enerji əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

Aprelin 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviriRebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrəmeneceri Sara Leminq ilə görüşüb.

Trend SOCAR-aistinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasındaenerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıqməmnunluqla qeyd olunub.

Cari ilin fevralında “Azərbaycan Respublikası Hökuməti iləAmerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji TərəfdaşlıqXartiyası”nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafıbaxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ikiölkə arasında enerji sektorunda əməkdaşlıq üçün genişperspektivlərin olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı SOCAR ilə ABŞ şirkətləri arasında enerjisektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğuvurğulanıb.

Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerjimarşrutlarının regional əməkdaşlıq baxımından önəmi vurğulanıb,qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Məqalədə:
Избранный
16
11
az.trend.az

10Источники