RU

İranda terror hadisəsi - Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərindəki polis patrul zabitlərinə silahlı hücum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. 

Bildirilib ki, terror hücumunda 3 təhlükəsizlik müdafiəçisi həlak olub. Sistan və Bəluçistan Polis Məlumat Mərkəzi xəbəri təsdiqləyib və bu cinayətkar hücumu törədənlərin şəxsiyyətinin müəyyən edilməsi və həbs edilməsi üçün səylərin ciddi şəkildə davam etdiyini açıqlayıb.

Ağarza Elçinoğlu 

Избранный
22
50
unikal.az

10Источники