RU

"Neftçi" ilə oyunumuz həlledici olacaq, bunu final da adlandırmaq olar" - "Zirə"nin legioneri

"Gözlədiyimiz kimi kifayət qədər çətin oyun oldu. Rəşad Sadıqovun istədiklərini tam şəkildə yerinə yetirdik. Düşünürəm ki, birinci hissə bərabər keçdi, amma ikinci hissədə təbii olaraq “Sabah” daha çox temp və təzyiq göstərdi. Bu mənada, çətin idi. Amma buna baxmayaraq, komanda möhkəm qaldı və vacib bir xal qazandıq. Baş məşqçimizin hazırladığı taktika mükəmməl idi, biz çox intizamlı oynadıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin qapıçısı Tyaqo Silva deyib. Portuqaliyalı qolkiper komandasının turnir cədvəlində 4-cü pillədə yer alması və sabah Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçiriləcək görüşü barədə danışıb:

"Neftçi" ilə oyunumuz həlledici olacaq. Final kimi oyun adlandırmaq olar bunu. Yalnız qələbə qazanmaq haqda düşünürük. Biz bu görüşə hazırıq. Keyfiyyətimiz, enerjimiz var. Sadəcə bütün enerjimizi və qətiyyətimizi qələbə üçün ortaya qoymalıyıq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
19
1
sportal.az

2Источники