RU

Quba Bakı yolundan istifadə edənlərin NƏZƏRİNƏ

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Quba-Bakı avtomobil yolunun bəzi hissələrinin yararsız vəziyyətə düşməsi sürücülər üçün ciddi risk yaradır.

Milli.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Kadrlarda yol örtüyünün xeyli zədələndiyi, dərin çuxurların yarandığı aydın görünür. Bu isə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və təhlükəni artırır. Nəticədə, bir neçə avtomobil eyni vaxtda nasazlıq səbəbindən yolda qalmalı olub. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Bakı-Quba avtomobil yolunun paytaxt istiqamətində müşahidə olunan deformasiyalarla bağlı məlumatlıdırlar. 

"Qeyd edirik ki, yolun Quba istiqamətində analoji problem artıq aradan qaldırılıb. Hazırda sözügedən ərazinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Maliyyə vəsaiti ayrıldıqdan sonra əsaslı yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur.

Bununla yanaşı, hazırda həmin yolda cari təmir işləri icra olunur. Bu işlərin məqsədi hərəkət üçün maneə yaradan deformasiyaların operativ şəkildə aradan qaldırılması və yolun təhlükəsizliyinin təmin edilməsidir".

Asya

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
7
news.milli.az

8Источники