RU

İrandan Azərbaycana indiyədək 3546 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, 28 fevral saat 08:00-dan 15 aprel saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3546 nəfər təxliyə olunub.

Belə ki, bu müddət ərzində 738 Çin, 620 Azərbaycan, 384 Rusiya, 294 Hindistan, 198 Banqladeş, 195 Tacikistan, 152 Pakistan, 137 İran, 118 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 25 Qazaxıstan, 21 Gürcüstan, 21 Yaponiya, 18 Səudiyyə Ərəbistanı, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 16 Polşa, 14 İsveçrə, 13 Nigeriya, 13 Belarus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib.

Bundan başqa, siyahıda BƏƏ, Finlandiya, Slovakiya, Belçika, Qırğızıstan, Rumıniya, Çexiya, Avstraliya və Avstriyanın 6, Serbiya, İsveç,Əfqanıstan, Türkiyə, Yunanıstan, Vyetnamın 5, İordaniya, Filippin, Ukrayna, Şri Lanka, Küveyt və Niderlandın isə hər birinin 4 vətəndaşı yer alır.

Həmçinin Qətər, Xorvatiya, Danimarka, Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Sloveniya, Uruqvayın 2, Tunis, Cənubi Afrika, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı Azərbaycana keçib.

Избранный
18
49
xezerxeber.az

10Источники