
Aprelin 21-dən etibarən İran bütün məktəbləri distant təhsilə keçirəcək.
Missiya.Az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın Təhsil Nazirliyi məlumat yayıb.
Nazirlik sözçüsü dəyişikliyin ölkədəki bütün təhsil səviyyələrinə aid olduğunu və növbəti xəbərdarlıq gələnə qədər qüvvədə qalacağını bildirib.
Qərar ibtidai, orta və ali təhsil müəssisələrini əhatə edir, yəni bu distant təhsilə tam keçid deməkdir.
İlahə Qənbərli
Missiya.Az