RU

İslamabadda ABŞ və İran arasında növbəti dialoqa hazırlıq görülür

Pakistan hakimiyyəti İran və ABŞ arasında danışıqların ikinci raundunun keçirilməsi üçün hazırlığa başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.
 
Bildirilib ki, artıq növbəti dialoqa hazırlıqlar başlayıb, xüsusilə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər aparılır.
 
Xəbərdə qeyd edilir ki, Pakistan paytaxtı İslamabaddakı "Serena" hoteli yenidən danışıqlarda iştirak edəcək xarici qonaqları qəbul edəcək.
 
"İki ölkənin nümayəndə heyətlərinin yeni görüşünün bu həftənin sonunda və ya gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Tərəflərin danışıqlardan əvvəl məsləhətləşmələr aparması istisna edilmir", - deyə nəşri məlumatlandıran mənbələr diqqətə çatdırıblar.
 
Xəbərdə o da bildirilir ki, Pakistanın müdafiə qüvvələrinin baş komandanı Asim Münir və daxili işlər naziri Möhsin Nəqvi Vaşinqton və Tehran arasındakı münaqişənin həllində vasitəçiliyi davam etdirmək üçün İrandadırlar.
 
İranın dövlət teleradio şirkətinin yaydığı informasiyaya görə, Münir ABŞ-nin şərtlərini qarşı tərəfə çatdırmalı və ikinci raund üçün danışıqlara hazırlıq aparmalıdır.
 
Избранный
5
2
moderator.az

3Источники