RU

İranın gizli kosmik gözü: Çin casus peyki ABŞ bazalarını necə vurdu?

Yaponiyanın "Japan Times" nəşri "Financial Times"ın (FT) sızdırılmış məxfi sənədlərə əsaslanan araşdırmasına istinadən şok məlumat yayıb.

Musavat.com xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Çindən gizli şəkildə aldığı yüksək dəqiqlikli casus peyki vasitəsilə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını izləyib və raket zərbələrini koordinasiya edib.

Sənədlərə görə, SEPAH-ın Aerokosmik Qüvvələri 2024-cü ilin sonunda Çinin "Earth Eye" şirkəti tərəfindən orbitə buraxılan "TEE-01B" peykini gizli şəkildə əldə edib. Bu peyk İrana mülki kosmik proqramından qat-qat üstün hərbi kəşfiyyat imkanları qazandırıb.

Peyk vasitəsilə Səudiyyə Ərəbistanındakı "Prince Sultan", İordaniyadakı "Muvaffaq Salti" aviabazaları, həmçinin Bəhreyn və İraqdakı (Ərbil) ABŞ obyektləri mütəmadi izlənilib. Mart ayında baş verən raket və PUA hücumlarından həm əvvəl, həm də sonra həmin ərazilərin yüksək keyfiyyətli fotoları çəkilib.

Martın 14-də Donald Tramp "Prince Sultan" bazasındakı ABŞ təyyarələrinin vurulduğunu təsdiqləmişdi. Sızan məlumatlar göstərir ki, məhz Çin peyki həmin hücumun dəqiqliyini təmin etmək üçün koordinatları Tehrana ötürüb.

Çin tərəfi bu iddiaları rəsmi şəkildə təkzib edərək "spekulyasiya" adlandırsa da, faktlar İranın Çinin "Emposat" şirkətinə məxsus yerüstü stansiyalar şəbəkəsinə də çıxış əldə etdiyini sübut edir.

Qeyd olunur ki, Çinin bu cür yüksək texnologiyalı hərbi dəstəyi ABŞ-İran müharibəsində güc balansını dəyişən ən mühüm amillərdən biridir. 

Musavat.com

Избранный
10
1
musavat.com

2Источники