RU

AMB nümayəndə heyəti Dünya Bankı və BVF-nin yaz toplantılarında iştirak edəcək

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) yaz toplantılarında iştirak məqsədilə Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, yaz toplantıları çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında və bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.

Bu müddətdə DB və BVF-nin rəhbər vəzifəli şəxsləri, Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya təşkilatları və ABŞ-nin rəsmi qurumları ilə ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.

Избранный
2
3
azertag.az

7Источники