Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyətinin ABŞ-yə səfəri başlayıb.
"Far.Az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondunun (IMF) Yaz Toplantılarında iştirak məqsədilə Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.
Yaz Toplantıları çərçivəsində nümayəndə heyətinin Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında və bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur. Bu müddətdə WB və IMF-nin rəhbər vəzifəli şəxsləri, AMB ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya təşkilatları və ABŞ-nin rəsmi qurumları ilə ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.