RU

İsrail və ABŞ-ı narahat edən ETİRAF: İran PUA-ları barədə ŞOK MƏLUMAT

İran ordusu komandanının müavini Əli Rza Şeyx ölkəsinin hərbi arsenalındakı PUA-ların sayının kəskin artdığını bəyan edib.

Musavat.com xəbər verir ki, generalın sözlərinə görə, 2025-ci ilin iyununda İsraillə baş verən müharibə başa çatdıqdan sonra müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalı 10 dəfə artırılıb.

İran dövlət televiziyasının yaydığı məlumata görə, Əli Rza Şeyx istehsalatdakı bu sıçrayışın qısa müddətdə baş verdiyini vurğulayıb:

"On iki günlük müharibədən sonrakı yeddi ay ərzində zərbə pilotsuz aparatlarımızın istehsal həcmi 10 dəfə çoxalıb".

Ordu rəsmisi çıxışı zamanı yenidən ABŞ və İsrailə xəbərdarlıq ünvanlayıb. O qeyd edib ki, əgər rəqib tərəf hər hansı bir əməliyyat keçirməyə cəhd edərsə, İran Silahlı Qüvvələri heç bir şübhə olmadan bu hücumun qarşısını qətiyyətlə alacaq.

Musavat.com

Избранный
19
50
musavat.com

10Источники